Ukrayna hərbçiləri Krımla sərhəddə təlimlər keçiriblər

Ukrayna hərbçiləri Krımla sərhəddə təlimlər keçiriblər
Sfera.az-ın RİA.Novosti-yə istinadla məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətindən bildirilib ki, Kiyev Krımla sərhəddə hərbi təlimlər keçirib.     

"Hava hücumundan müdafiə hesablamaları sayəsində <...> şərti düşmən tərəfindən hava kəşfiyyatı aparmaq cəhdinin qarşısını alındı",-deyə relizdə bildirilib.

Ukrayna ordusu birləşmiş qüvvələrinin komandanı  Sergey Nayevin sözlərinə görə, topçular 10-larla döyüş hazırlığı təlimini başa vurublar.

"Düşmənin sonrakı kəşfiyyat cəhdlərinin qarşısını almaq və  mövqelərini  məhv etmək üçün "Smerch" reaktiv yaylım atəş sistemləri  bölməsi təlimlərə qatıldı",- deyə o,vurğulayıb. 

Qeyd edək ki, bir müddət əvvəl Nayev  ukraynalı desantçıların havadan və dənizdən gələn hərbi təhlükəyə vaxtında reaksiya vermə bacarıqlarını artırmaq üçün mart ayında Krımla sərhəddə təlimlər keçirəcəklərini bildirmişdi.

Kiyev mütəmadi olaraq Rusiya ilə sərhəddə manevrlər təşkil edir. Ukrayna Krımı müvəqqəti işğal edilmiş ərazi adlandırır və vaxtaşırı onu "geri qaytarmaq" planlarını  bəyan edir. Bu yaxınlarda dövlət başçısı Vladimir Zelenski cari ilin avqust ayında "Ukraynaya aid olan torpaqların Ukraynaya qaytarılması" məqsədilə "Krım Platforması" nın keçiriləcəyini bildirmişdi. 
 
 
Tərcümə: Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR