“Lotu Qulinin” yaxınını öldürən “Lənkəranski”nin adamı hakim qarşısında

“Lotu Qulinin” yaxınını öldürən “Lənkəranski”nin adamı hakim qarşısında
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

Sfera.az-ın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 29-da Bakının Keşlə qəsəbəsində baş verib. Z.İsmayılov "Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Nəticədə T.Babayev hadisə yerində ölüb. A.Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi "Kalaşnikov” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Məlumata görə, Z.İsmayılov vaxtilə "qanuni oğru” Rövşən Caniyevin ("Rövşən Lənkəranski” - 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilən T.Babayev isə digər "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli” - 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada öldürülüb) klanına daxil olub.

Hadisənin kriminal qruplaşmalar arasında "hesablaşma” zəminində baş verdiyi bildirilir.

Z.İsmayılovun barəsində qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.(report)

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...