NATO Rusiyanı hərəkətlərini təhdid adlandırıb

Dünya
23:58 / 23.03.2021
4982
NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq.