Bayden Koloradoda baş verən faciəyə görə Ağ Evdə bayraqları endirməyə göstəriş verib

Bayden Koloradoda baş verən faciəyə görə Ağ Evdə bayraqları endirməyə göstəriş verib
ABŞ Prezidenti Co Bayden Kolorado ştatının Boulder şəhərində baş verən silahlı insident nəticəsində həlak olanların xatirəsinə Ağ Evdə bayraqların endirilməsinə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb. 

Bildirilib ki, ABŞ lideri çərşənbə axşamı Ohayo ştatına yola düşmədən əvvəl qısa da olsa Boulderdəki faciədən bəhs edəcək: "Bayden hadisə barədə mütəmadi olaraq məlumatlandırılır və nəzarətdə saxlanılır”. 

Xatırladaq ki, bazar ertəsi 21 yaşlı Kolorado sakini Əhməd Alissa "King Soopers” super marketinin yaxınlığında atəş açaraq bir polis də daxil olmaqla 10 nəfər öldürmüşdü. Hadisənin motivləri hələ də dəqiqləşdirilməyib.
 

OXŞAR XƏBƏRLƏR