ABŞ-da irqi ayrı-seçkiliyin qurbanları kompensasiya alacaq

Dünya
19:25 / 23.03.2021
2647
ABŞ-ın İllinoys ştatının Evanston şəhəri, keçmişdə təcavüz və ayrı-seçkilikdən əziyyət çəkən afroamerikalı ailələrin mənzil şəraitini yaxşılaşdıracaq.
Bu təşəbbüs ABŞ-da ilk belə addım olacaq. Bununla bağlı səsvermə şəhər şurasının saytında aparılıb. Vəsaitlər 2019-cu ildə yerli hakimiyyət orqanları tərəfindən təşkil olunan kompensasiya fondundan ayrılacaq.