Ermənistanda müxalifət yeni aksiyalara başlayır

Dünya
18:10 / 23.03.2021
1980
Ermənistanın "Vətənin qurtuluşu hərəkatı” adlı müxalifət təşkilatı fevral ayının sonundan parlament binası yaxınlığında bağladıqları Bağramyan prospektini açmaq qərarına gəlib.
Hərəkatın mətbuat xidməti prospektlə kəsişən küçədə çadır düşərgəsini saxlayacaqlarını bildirib.
Qeyd edək ki, "Vətənin qurtuluşu hərəkatı” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda kütləvi aksiyalar keçirir.