Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Dünya
16:13 / 23.03.2021
1251
Kaluqa yaxınlığında yerləşən hərbi aerodromda bombardmançı Tu-22M3 təyyarəsi qeyri-normal şəraitdə katapult edib, ekipaj üzvləri həlak olub.
Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində bombardmançı təyyarənin 3 ekipaj üzvü həlak olub. İnsident təyyarənin uçuşa hazırlığı zaman baş verib.
Bildirilib ki, paraşütlərin istifadəsi üçün müvafiq hündürlük olmadığından paraşütlərdən istifadə olunmayıb və üç ekipaj üzvü eniş zamanı ağır xəsarətlər alıb, nəticədə onlar həyatlarını itiriblər.