ABŞ Dövlət katibi: “Türkiyə bizim çoxdankı və dəyərli müttəfiqimizdir”

Dünya
15:45 / 23.03.2021
1572
"Türkiyə ilə NATO arasında əlaqələrin davam etdirilməsi hamımızın xeyrinədir”.
Sfera.az bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
"Türkiyə bizim çoxdankı və dəyərli müttəfiqimizdir. Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmağı deyil, əksinə daha yaxın olmağı planlaşdırır", - o vurğulayıb.