Bakıda avtomobildən 9 500 manat pul oğurlanıb

Kriminal
12:10 / 23.03.2021
1281
Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 21-də rayon ərazisində 1 avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Əliyev saxlanılıb.