“Direktor məktəbdə fala baxacaq?” – Kamran Əsədov
![“Direktor məktəbdə fala baxacaq?” – Kamran Əsədov](https://sfera.az/photo/orginal/2021/03/23/168255.jpg)
11:54 / 23.03.2021
2577
"Təhsildə yuxarıya doğru qalxdıqca müsabiqə şərtləri
aşağı düşür. Düşünürəm ki, ən sərt qaydalar, şərtlər təhsilin idarəetməsində
iştirak edən şəxslərə tətbiq edilməlidir. Amma indi əksidir”.
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti
Kamran Əsədov deyib. O, fikirlərini nümunələrlə izah edib:
"Ali məktəblərə qəbul olmaq üçün məktəb
şagirdlərinə keçid balı qoyulur. Müəllimlərin işə qəbulunda Bakı şəhəri üzrə
48, bölgələr üzrə 36 bal keçid balı qoyulur, dövlət qulluğuna qəbulda 70, 75 və
80 bal belə keçid balı tətbiq edilir. Biz idarəetməyə ən yaxşılarını seçməliyik.
Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir.
Kimsə deməsin ki, test əzbərləməklə yaxşı
olunmur. Olunur, əzizim, olunur. Deyirlər ki, direktor olmaq üçün xüsusi
"Allah vergisi" olmalıdır. Bu məktəbdə fala baxacaq? Məktəb direktoru
qanunvericilik bazasını bilsə, o yaxşı idarə edəcək. Çünki təhsil
qanunvericiliyində müəssisəsini necə idarəetmək lazımdır, qeyd edilib. Yəni
MİQ-də 55 bal toplayana, DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli
deyil”.
"Orta məktəbdə direktor olmaq üçün 5 il
pedaqoji staj və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil
nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir.
Kifayət qədər məktəb direktorları var ki, pedaqoji ali təhsilləri yoxdur.
Günay
Sfera.az