Bu il Azərbaycanda stolüstu kompüterlərin istehsalı 28 dəfə artıb

Bu il Azərbaycanda stolüstu kompüterlərin istehsalı 28 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 29,6 mln manatlıq məhsul istehsal olunub.

Sfera.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 3,0 dəfə, elektrik avadanlıqların istehsalı isə 6,2 % artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə stolüstu kompüterlərin istehsalı 28,3 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 42,1 %, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri isə 4 % artıb.
 

OXŞAR XƏBƏRLƏR