Portuqaliyalı futbolçu: \"Azərbaycan millisi ilə oyun asan olmayacaq\"

10:19 / 23.03.2021
1614
"Bizi seçmə mərhələdə çox vacib oyun gözləyir. Azərbaycanla qarşılaşma asan olmayacaq. Ümumiyyətlə, indi rahat oyunlar olmur. Qələbə ilə başlamaq önəmlidir. Hədəfimiz 3 xaldır".
"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Danilu Pereyra federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qarşı oyunla bağlı danışarkən deyib.
Ölkəsinin "Portu" klubunda çıxış edən yarımmüdafiəçi bildirib ki, müasir futbolda zəif komanda yoxdur: "Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xətdə sabit oynayan kollektivlər var. Toplanışa yeni başlamışıq və düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik".
Qeyd edək ki, martın 24-də "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.