Ramazan Abdulatipovun qardaşına 12 il həbs cəzası verildi

Ramazan Abdulatipovun qardaşına 12 il həbs cəzası verildi
Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun qardaşı, sabiq deputat Rəcəb Abdulatipov 12 il həbs cəzasına məhkum edilib.

Sfera.az xəbər verir ki, bu barədə Moskvanın Babuşkin məhkəməsi qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, R.Abdulatipov 8 milyon rubl cərimə ödəməlidir. Bundan əlavə, onun beş il müddətinə dövlət qulluğunda vəzifə tutması qadağan edilib.

Qeyd edək ki, Rəcəb Abdulatipov rüşvət almaqda və dələduzluqda təqsirli bilinib. O, 2018-ci ilin sentyabr ayında saxlanılıb./Unikal.org

OXŞAR XƏBƏRLƏR