Rusiyada uçqun: Qar altında qalanlardan 13-ü uşaqdır

21:43 / 22.03.2021
3741
Rusiyanın Murmansk vilayətinin Oleneqorsk şəhəri ərazisində qar uçqunu olub. Nəticədə xüsusi vasitələrlə təchiz olunmamış turistlərdən ibarət qrup qar uçqununun altında qalıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Oleneqorsk şəhərinin rəhbəri Oleq Samarski açıqlama verib. Onun sözlərinə görə, qar uçqunu nəticəsində xəsarət alanlar ola bilər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, uçqun altında uşaq var. Orada 13-ü uşaq olmaqla daha 15 nəfər ola bilər: "Turistik qrup 16 nəfərdən ibarətdir, onlardan 13-ü yetkinlik yaşına çatmayanlardır”.
Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib. Mənbənin verdiyi məlumata görə, turistlər bir marşrut seçsələr də, başqa bir marşrutla gediblər.