"Rusiya və Çin dollardan istifadəni azaltmalıdır" - Lavrov

Rusiya və Çin alternativ valyutaya üstünlük verməli və dollardan istifadəni azaltmalıdır.

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, bu yolla ABŞ-ın sanksiya risklərini azaltmaq lazımdır:

"Biz texnoloji mənada müstəqilliyimizi artıraraq, dollara alternativ milli və beynəlxalq valyutalarla ticarət etməklə sanksiya risklərini azaltmalıyıq. Biz Qərbin nəzarətində olan beynəlxalq ödəniş sistemlərinin istifadəsindən uzaqlaşmalıyıq”.

OXŞAR XƏBƏRLƏR