Qarabağın işğaldan azad olunmasına qarşı çıxan 10 PKK-çı həbs olundu

Qarabağın işğaldan azad olunmasına qarşı çıxan 10 PKK-çı həbs olundu
Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı kürd partiyası HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib.
 
Sfera.az xəbər verir ki, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var.
 
Ötən gün martın 19-da səhər saatlarında keçirilən əməliyyat zamanı barəsində həbs sanksiyası verilən 12 nəfərdən 10-u saxlanılıb. Şübhəlilərin terror təşkilatı PKK-nın təlimatı ilə bu təşkilata bağlı xəbər saytlarından edilən çağırışlarla Ankarada aksiyalar təşkil etməyə hazırlaşdıqları müəyyən edilib.
 
Habelə şübhəlilərin Qarabağın işğaldan azad edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib. Onların dindirilməsi davam edir. /Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...