"Sevişmə səhnəsi o qədər təbii idi ki..." - video

"Hayat şarkısı" serialının yeni seriyasındakı romantik səhnələr izləyiciləri heyran edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hülya və Kerim obrazlarının sevişmə səhnəsi ekranlara damğasını vurub. Dəniz kənarındakı bir evdə gecəni keçirməli olan cütlüyün rollarını çox təbii oynaması Tvitterdə müzakirələrə səbəb olub.

Tamaşaçılar türk seriallarındakı sevişmə səhnələrinə nisbətən "Hayat şarkısı"nın daha inandırıcı olduğunu qeyd ediblər. Sosial şəbəkədə "Sevişmə səhnəsi o qədər təbii idi ki...", "Çəkiliş heyəti yoxmuş kimi davrandılar" tərzində şərhlər yazılıb.

 

 

OXŞAR XƏBƏRLƏR