Putinlə Bayden arasında görüşün tarixi AÇIQLANDI

Putinlə Bayden arasında görüşün tarixi AÇIQLANDI
"ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında mümkün görüş martın 19-u, yaxud 22-i baş tuta bilər".

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinlə C.Bayden arasında danışıqların tarixi barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, V.Putin danışıqların ya cümə, ya da bazar ertəsi (martın 19-u yaxud 22-si) olacağını deyib. D.Peskov bildirib ki, iki ölkə liderinin danışıqları üçün diplomatik kanallar vasitəsilə tədbirlər görülür. Mətbuat katibi görüşün video-konfrans formatında keçirləcəyini qeyd edib.

O, prezidentlərin birinci təmasının təşəbbüskarının ABŞ olduğunu da vurğulayıb. D.Peskov söyləyib ki, bu dəfəki görüşün təşəbbüskarı V.Putindir.

ABŞ prezidentinin mətbuat katibi Cen Psaki isə bir müddət əvvəl bildirib ki, C.Baydenin Corciyada işi çox olduğundan Ağ Ev V.Putinlə birbaşa görüş barədə qərar qəbul etməyib.

OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....