Könül Nurullayeva seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR + VİDEO

Könül Nurullayeva seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR + VİDEO

Mütəmadi səyyar qəbullar həyata keçirən millət vəkili K. Nurullayeva, bayram öncəsi M. X. Şərifli küçəsi 94B ünvanında yerləşən mərasim evinin qarşısında Şərifli küçəsi 94B, 94V, 96, 98, 100, 102 və Rüstəmov 47 küçələrində yaşayan Nizami rayonu sakinləri ilə görüş keçirib. Səyyar görüşdə şəhidlərimizin  əziz xatirəsi anılıb.


Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, səyyar qəbul zamanı Rüstəmov 47 küçəsində yaşayan sakinlər Bakı şəhəri Nizami rayonundan olan gənc şəhid Məmmədov Zəbiyullanın əziz xatirəsinin "Şəhid bulağı” vasitəsilə əbədiləşdirilməsini xahiş ediblər.


"Nizami rayonundan seçilmiş millət vəkili olaraq, bulağı qısa zamanda bərpa edilərək, şəhidimizin adının əbədiləşdiriləcəyinə söz verirəm. Bayram müddətində bulaqda təmir-bərpa işlərinə start veriləcək” deyən K.Nurullayeva bulaqda abadlıq işlərinin aparılması və şəhid adının əbədiləşdirilməsini öz üzərinə götürüb.
Millət vəkili həmişə olduğu kimi, sakinləri narahat edən məsələlərlə də maraqlanıb, problemləri müvafiq qurumlara qısa zamanda ünvanlamaq məqsədilə qeydiyyata götürüb.


Sakinlərlə söhbət zamanı K. Nurullayeva hər kəsi bayram münasibətilə təbrik edib, bu əbədi baharı bizə qazandıran, vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 



OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...