Türkiyə və İran XİN başçılarının görüşü oldu

Dünya
13:10 / 19.03.2021
891
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada səfərdə olan iranlı həmkarı Məhəmmədcavad Zərif arasında görüş olub.
Sfera.az xəbər verir ki, məlumatı "TRTHaber” yayıb.
Tərəflər Türkiyə-İran əlaqələri, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
Danışıqlarda Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.