İrakli Qaribaşvili ilə Paşinyan arasında telefon danışığı oldu

Dünya
11:32 / 19.03.2021
932
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 19-da telefon danışığı olub.
Sfera.az xəbər verir ki, məlumatı Ermənistan baş naziri aparatının İctimaiyyətlə əlaqələr və informasiya üzrə idarəsi yayıb.
Bildirilib ki, hökumət başçıları iki dövlət arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.