Rusiya XİN-dən Paşinyanın seçki qərarına münasibət

Dünya
18:43 / 18.03.2021
2270
Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın erkən parlament seçkiləri keçirmək barədə qərarını bu dövlətin daxili işi kimi qiymətləndirir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Xarici İşlər Nazirliyi bu cür qərarları şərh etmir, çünki bunu suveren dövlətlərin daxili işi kimi qiymətləndirirlər", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, N.Paşinyan Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.