Tramp prezidentlik dövründə 2,3 milyard dollar itirib

Dünya
16:42 / 18.03.2021
1052
Donald Tramp prezidentlik dövründə 2,3 milyard dollar itirib.
Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, Trampın prezidentlikdən öncə və sonrasında sərvət fərqini hesablamaq üçün 2016-cı il may və 2021-ci il yanvar ayı arasındakı maliyyə hesabatları analiz edilib. ABŞ-ın eks-prezidentinin sərvətinin dörddə üçünü daşınmaz əmlak təşkil edib.
Məlumata görə, koronavirus dönəmində bir çox insanın evdə işləməsi Trampın tamamilə və ya qismən sahib olduğu binaların dəyərini itirməsinə səbəb olub. Bu zaman ərzində onun əmlaklarının dəyəri 26 faiz azalıb.
Həmçinin sabiq prezidentin Şotlandiyadakı iki golf klubu da dəyər itkisinə məruz qalıb.
Türkan
Sfera.az