Putin Baydenə cavab verdi

Dünya
15:54 / 18.03.2021
991
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab verib.
Sfera.az xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.
"Mən ona "sağlam ol” deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən əvvəl güzgüyə baxmaq lazımdır. Başqalarına ad verənlər, özləri elə adlanırlar”, - V.Putin bildirib.
Qeyd edək ki,C.Bayden ABC telekanalına müsahibəsində bildirib ki, V.Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.