Rövşən Əkbərov ömürlük həbs edilə bilər? - 12.1-ci maddəyə görə...

Rövşən Əkbərov ömürlük həbs edilə bilər? - 12.1-ci maddəyə görə...
General Rövşən Əkbərovun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində iş adamı Elçin Əliyevi qətlə yetirdiyinə görə həbs olundğu barədə yayılan məlumatlar təsdiqini tapıb. 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq geniş açıqlama yayıb. Açıqlamada bildirilir ki. Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə iş adamının ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Generala 12.1, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. 

Birinci maddədə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə, ikinci maddədə isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ekspertlərin fikrincə, hər iki maddə üzrə Rövşən Əkbərov minimum 15 il azadlıqdan məhrum edilə bilər.

Porkurorluğun məlumatında 12.1-ci maddəyə gəlincə isə, bu, cinayət qanununun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvədə qalması ilə bağlıdır. 12.1-ci maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər./Hit.az

OXŞAR XƏBƏRLƏR

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...