Bakıda tanış olmaq istədiyi qızdan yox cavabı alan gəncdən gözlənilməz addım - VİDEO

Bakıda tanış olmaq istədiyi qızdan yox cavabı alan gəncdən gözlənilməz addım - VİDEO
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı həmin şəxslərin Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istədikləri məlum olub. Sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat məbləğində olan "Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

R.Əzimov hadisənin necə baş verdiyini danışıb: "Orada bir qız var idi. Onunla tanış olmaq istəyirdik. Qız söyüş söydü. Getdi oğlan dostundan kömək istədi. Oğlan dostu da bizə söyməyə başladı. Biz də onları vurduq". 

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə, ərazi üzrə polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
 

(ictimai tv)

OXŞAR XƏBƏRLƏR

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...