“AMAY Abdulla” məhkəməyə verildi

“AMAY Abdulla” məhkəməyə verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "A.M.A.Y Holding” MMC-ni məhkəməyə verib. 
 
Sfera.az HİT.Az-a istinadən xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. 

Martın 29-na hazırlıq iclası təyin edilib. İşin mahiyyəti barədə detallı bilgi olmasa da, "A.M.A.Y Holding”in vergi mübahisəsinə görə məhkəməyə verildiyi güman edilir. 

"A.M.A.Y Holding” MMC-nin qanuni təmsilçisi Səbuhi Budaqov olsa da, şirkət Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan, "AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. 

"AMAY Abdulla” 2014-cü il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində işə cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.

İstintaqın məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə əsasən, vəsait ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə, "AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərclənib. 

Abdulla Abdullayev bu ittihamlarla 13 il müddətinə azadlıqdan məhrum edilsə də, 2 il sonra azadlığa çıxıb. 

Bəzi iddialara görə, "AMAY Abdulla”nın hədəfə gəlməsi sahibi olduğu şirkətlə bağlıdır. Ondan şirkəti təhvil vermək tələb edilib, lakin iş adamı razılıq verməyib. 

Başqa məlumatlarda isə, Abdulla Abdullayevin oyun qaydalarını pozduğuna görə cəzalandırıldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...