"İranla müharibə etmək istəmirik, lakin lazım gələrsə cavab verəcəyik" - ABŞ Mərkəzi Qüvvələri Komandirindən BƏYANAT

Dünya
13:19 / 16.03.2021
929
ABŞ Mərkəzi Qüvvələri (CENTCOM) Komandiri Kennet Makkenzi, ölkəsinin İranla müharibə etmək istəmədiyini, lakin lazım gələrsə, cavab verməyə hazır olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Livandakı LBC televiziyasına danışan Makkenzi, Vaşinqtonun son iki ildə Tehrana qarşı maksimum təzyiq siyasətini yürütdüyünü, lakin Co Baydenin bu sistemdə dəyişiklik etmək istəyinin olduğunu qeyd edib.
Makkenzi eyni zamanda İranın dəstəklədiyi husilərin Yəməndəki Səudiyyə Ərəbistanına qarşı əməliyyatlarını "təcavüzkar addım" olaraq qiymətləndirib:
"İranda vəkalət müharibələrini aparanlar tərəfindən İraqdakı qüvvələrimizə qarşı olan əməliyyatlar böyük ehtimalla təcavüzkar xarakterlidir" deyən Makkenzi, Amerika qüvvələrinin Qasım Süleymaninin sui-qəsdi ilə bağlı intiqam təhdidinə cavab verməyə hazır olduğunu söyləyib.
Mərkəzi Qüvvələrin Komandiri bölgə sularında ticarətin təhlükəsizliyini təmin etmək üçün davamlı fəaliyyət göstərdiklərini də qeyd edib.
Sfera.az
Əzizə Zeynal