BCI beynəlxalq media portalı Ağdamdan reportaj yayımladı - VİDEO

BCI beynəlxalq media portalı Ağdamdan reportaj yayımladı - VİDEO
BCI beynəlxalq media portalının əməkdaşı Ağdam rayonu ilə bağlı yunan dilində videomaterial hazırlayıb.

Sfera.az xəbər verir ki, videomaterialda Ağdamı "Qafqazın Xirosiması” adlandıran müəllif bildirir ki, rayon təxminən 30 ildən sonra erməni təcavüzündən azad edilib.

Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl Qarabağın incisi sayılan Ağdam bölgənin ticarət mərkəzi olub, burada üzümçülük və şərabçılıq geniş inkişaf edib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, rayon isə darmadağın edilib.

Müəllif hazırkı Ağdamı infrastrukturu, mədəni irsi olmayan "kabus şəhər” adlandırır. Diqqətə çatdırılır ki, buradakı bütün muzeylər, tarixi abidələr, xəstəxanalar, məktəblər, ictimai binalar və evlər məhv edilib, avtomobil və dəmir yolları dağıdılıb. Ağdam şəhərində yalnız məscid qalıb.

Müəllif qeyd edir ki, rayonun bərpası üçün müəyyən vaxt lazım olacaq. Lakin bərpa işlərindən əvvəl bölgəni minalardan zərərsizləşdirmək lazımdır. Bildirilir ki, artıq bu işlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....