Suriyada ələ keçirilən PKK terrorçusu Türkiyəyə gətirildi

Suriyada ələ keçirilən PKK terrorçusu Türkiyəyə gətirildi
PKK/KCK-nın Suriya qolu PYD/YPG-nin komandirlərindən olan terrorçu İbrahim Babat Suriyada yaxalanaraq Türkiyəyə gətirilib.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun ələ keçirilməsi əməliyyatını Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) icra edib.

"Şeh Guyi” ləqəbli terrorçunun tutulması ilə Türkiyə Silahlı Qüvvələrinə aid Suriya-Türkiyə sərhədindəki bazalara yönəlmiş hücum planlarının da üstü açılıb.

MİT "Sülh çeşməsi” hərəkatı bölgəsində istifadə olunmaq üçün hazırlanmış çox sayda əldəqayırma partlayıcı, mina və başqa silah-sursatları ələ keçirib.

Qeyd edək ki, İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb. 2017-ci ildə Suriyaya keçərək orada qruplaşmanın "briqada komandiri” kimi fəaliyyət göstərməyə başlayıb.

OXŞAR XƏBƏRLƏR