Qarabağdan Liviyaya qədər hər yerdə siz var idiniz - Ərdoğan

Dünya
21:30 / 15.03.2021
2020
Siz 2053-cü il vizyonumuzu həyata keçirəcək böyük və güclü Türkiyənin öndərləri, mirasçıları olacaqsınız.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin gənclik şöbələrinin konqresində çıxışı zamanı deyib.
"Gənclər, siz Asımın nəslisiniz. Yəməndə, Qüdsdə siz var idiniz. Balkanlarda, Çanaqqalada, Qalisiyada siz var idiniz. Kiprdən İraqa, Suriyaya, Qarabağdan Liviyaya qədər hər yerdə siz var idiniz, siz. Harada ay-ulduz bayraq yüksəldisə, bayrağı ora daşıyan da, yerə düşürməyən də siz idiniz", - Ərdoğan qeyd edib. (Axar.az)