Daha 3 ölkə “AstraZeneca”nın istifadəsini dayandırdı

Dünya
20:20 / 15.03.2021
2937
Almaniya koronavirus əleyhinə "AstraZeneca” vaksininin istifadəsini dayandırıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Almaniya Səhiyyə Nazirliyi qərar qəbul edib.
Fransa da "AstraZeneca” şirkətinin koronavirus əleyhinə vaksininin qəbulunu dayandırdığını elan edib.
Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron açıqlayıb.
"Səhiyyə nazirinin tövsiyəsi ilə ehtiyat tədbiri olaraq "AstraZeneca” peyvəndinin istifadəsinin dayandırılmasına qərar verildi”, - Makron bildirib.
İtaliyanın dərman preparatları üzrə agentliyi də "Astra Zeneca” vaksininin qəbulunu müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıb.