Meyiti quyudan tapılan şəxsin öldürüldüyü məlum oldu

Meyiti quyudan tapılan şəxsin öldürüldüyü məlum oldu
18 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun itkin düşməsi ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Xanəli Əmirovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, araşdırmalarla zərərçəkmişin tanışı 1997-ci il təvəllüdlü Rəhimov Yusif Hafiz oğlunun 18 dekabr 2020-ci il tarixdə Xanəli Əmirovun Sumqayıt şəhəri, H.Z.Tağıyev ünvanında yaşadığı evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi və meyitini qəsəbədə yerləşən məktəbin zirzəmisinə ataraq yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yusif Rəhimovun dayısı Rəşidov Tehran Ədalət oğlunun cinayəti törətməkdə istifadə edilən cinayət alətini təmin etməklə, məsləhət və göstəriş verməklə, habelə cinayətin izlərini gizlətməklə Yusif Rəhimova köməklik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yusif Rəhimov və Tehran Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...