Britaniya Bəşər Əsəd hakimiyyətinə qarşı sanksiya tətbiq etdi

Dünya
18:25 / 15.03.2021
1595
Böyük Britaniya Suriya hakimiyyətinin 6 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirlib ki, Suriyadakı vətəndaş müharibəsinin 10-cu ildönümü ilə bağlı Suriya XİN başçısı Faysal Mikdad, Əsədin müşaviri Luna Şibil, mühafizə xidmətinin komandanı Malik Alia və MN başçısı Zayid Saleh daxil olmaqla, ümumilikdə 6 məmura qarşı sanksiya tətbiq olunub.