“Sakinləri evlərindən çıxardırlar” – Keçmiş mühafizəçisi Kadırovun necə qorunduğunu açıqladı

17:31 / 15.03.2021
2041
Çeçenistan lideri Ramzan Kadırov Qroznıda gəzinti zamanı Daxili
İşlər Nazirliyinin Respublika İdarəsinin "Axmat Kadırov” adına polis patrul
alayı tərəfindən qorunur. Siyasətçi dağa çıxdıqda isə onun mühafizəsi iki min adama çatdırılır.
Sfera.az xəbər verir ki, bunu keçmiş polis mənsubu
Süleyman Qezmaxmayev "Novaya Gazeta”ya müsahibəsində söyləyib.
Süleyman Qezmaxmayevin sözlərinə görə, siyasətçi,
misalçün, Putin prospekti boyunca gəzəndə "pəncərələri prospektə açılan mənzilləri
olan hər bir evdə 50 metrdən bir atıcı və avtomatla silahlanmış polis nəfəri
oturur".
"Bu müddət ərzində sakinlərdən ya mənzili tərk etmələri, ya da başqa
otaqlarda gözləmələri xahiş olunur. Kadırovu dəfələrlə bu cür qorumuşam”, - deyə,
keçmiş təhlükəsizlik orqanı rəsmisi təfərrüatları açıqlayıb.
Qezmaxmayev vurğulayıb ki, Ramzan Kadırovu
dağlarda həmişə SOBR "Terek”, OMON zabitləri, patrul alayı və Daxili İşlər
Nazirliyinin bölgə şöbələrinin xüsusi heyəti müşayət edir.
Qeyd edək ki, yanvar ayında Çeçenistan ölkəsində
silahlı qruplaşmaların olmadığını bildirmişdi. Onun sözlərinə görə, bəzi
terrorçular çoxdan Çeçenistanı tərk ediblər və hazırda Yaxın Şərqdə yaşayırlar,
amma geri qayıtmaq istəsələr, digər
yaraqlıların aqibətini yaşayacaqlar.
Tərcümə: Selcan
Sfera.az