Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi oldu

Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi oldu
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı bu gün məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, iclasa hakim Mahmud Ağalarov sədrlik edib. M. Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur. 

Məhkəmə iclasında Pentensiar Xidmərin keçmiş əməkdaşı şahid qismində dindirilib. Növbəti məhkəmə prosesi 17 mart, saat 09:00-a təyin olunub. 

Xatırladaq ki, M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməkdə ittiham olunur. 

İttiham aktına görə, o, 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur.  Bildirilir ki, CM-nin 179.3.2maddəsi ilə ibtidai istintaqını apardığı cinayət işi üzrə Əsədov Vüqar Şükür oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildikdən sonra onun azad olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə ona müraciət edən V. Əsədovun bacısı Natəvan Əsədova və həyat yoldaşı Elnarə Əsədova ilə görüşüb. O həmin şəxslərə V. Əsədovu həbsdən azad edəcəyi vədini verib və sonradan - iyul ayının sonlarında "Sahil Bağı”nda N. Əsədovadan 3 500 ABŞ dolları, avqust ayında 2 600 ABŞ dolları, sentyabr ayında isə ümumilikdə 17 min 716 manat pulu rüşvət olaraq alıb. 

Lakin oktyabr ayında V. Əsədovun dələduzluqla bağlı digər bir cinayət işinin də hazırda apardığı cinayət işinə birləşdirilidiyini deyərək onun azad olunmasının çətinləşdiyini bildirib. 

Buna görə də o daha çox vəsait – 40 min manatın lazım olduğunu qeyd edib. Həmin ilin oktyabr-dekabr aylarında Atatürk prospektində yerləşən Karvan restoranında N. Əsədovanın dayısı İmamverdi Hüseynovun iştirakı ilə 20 min manat pul alıb. M. Abbasovun N. Əsədovadan aldığı pulların ümumi məbləği 39 716 manat olub.

Bundan başqa o 11 sentyabr 2017-ci ildə baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric olunandan sonra bu kimi əməlləri davam etdirib. Belə ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə Əlaqədar Rəhimov Elşın Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840 000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə görüşür. 

Əvvəlllər prokurorluq orqanlarında işlədiyini bildirərk əlaqələrindən istifadə etməklə Elşən Rəhimov haqda cinayət işi açdıra biləcəyini və bu vasitə ilə ödəməli olduğu pul vəsaitini ödətdirəcəyini vəd verib. Bunun üçün o Mahir Dadaşovu aldatma yolu ilə onun 20 min ABŞ dollarını ələ keçirib. 

İttiham aktında qeyd olunur ki, bununla da M. Abbasov təkrarən dələduzluq etmiş, M. Dadşova 20 min dollar (34 min manat) ziyan vurub. /Unikal.org

 

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...