Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Dünya
13:35 / 15.03.2021
840
Ermənistan parlamentindəki "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.
Sfera.az-ın xəbərinə görə, layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.
"2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib.
Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur.