Suriyada həlak olan rus hərbçilərin sayı AÇIQLANDI

Suriyada həlak olan rus hərbçilərin sayı AÇIQLANDI
Suriyada hərbi əməliyyatlar zamanı ümumilikdə 112 rus hərbçi həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov açıqlama verib. 

Qeyd edək ki, Rusiya ordusu 30 sentyabr 2015-ci ildən bəri Suriyada hərbi əməliyyatlarda iştirak edir. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Suriya ordusunun quru əməliyyatlarını havadan dəstək göstərir. Hazırda Rusiya ordusunun burada Xmeymim aviabazası və Tartus şəhərində isə hərbi dəniz bazası yerləşir. 

OXŞAR XƏBƏRLƏR