10 ölkədə bu peyvəndin istifadəsi dayandırıldı - Vurduranlar qan laxtalanmasından ölürlər

10 ölkədə bu peyvəndin istifadəsi dayandırıldı - Vurduranlar qan laxtalanmasından ölürlər
Avropa Şurası ölkələrində vaksinlə bağlı problemlər davam edir.

Sfera.az xəbər verir ki, birliyə üzv olan bəzi ölkələr  Avropa Dərman Agentliyinin hələ təsdiqləmədiyi Rus və Çin peyvəndlərinə yönəliblər.

Bundan öncə, bəzi üzv dövlətlər Avropa Şurasının prezidenti Çarles Mikel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə məktub yazaraq vaksinlərlə bağlı zirvə toplantısının keçirilməsini tələb ediblər. Bu sıraya Avstriya, Çexiya, Sloveniya, Bolqarıstan və Latviya kimi ölkələr daxildir.

Avstriyanın baş naziri Sebastian Kurz bəzi ölkələrin dərman şirkətləri ilə gizli anlaşma edərək daha çox vaksin istehsal edə biləcəkləri iddiası irəli sürüb. Ardınca vaksinlərin bərabər şəkildə paylanmadığı qeyd edilərək liderlər arasında təcili toplantı tələb edilib.

Avropa Şurası liderlərinin 25-26 martda bir yerə toplaşacağı gözlənilir. Kovid-19-la bağlı problemlərin müzakirəsi də gündəmə daxil edilə bilər.
Hazırda vaksinlə bağlı qeyd edilən problemlər bəzi Avropa ölkələrini təsdiqlənməmiş vaksinlərə yönəldib. Məsələn, Macarıstan Çin peyvəndinə maraq göstərən ilk ölkə olub. Həmin ölkədə tətbiq olunan vaksinlərin üçdə biri Çinə aiddir.  Macarıstan həmçinin rusların "Sputnik V” vaksinindən də istifadə edir. O cümlədən Polşa və Çexiya da Çin peyvəndini tətbiq etmək niyyətindədir. 

Digər tərəfdən "AstraZeneca” peyvəndinin vurulması zamanı artan ölüm halları səbəbilə 10 ölkədə bu peyvəndin istifadəsi dayandırılıb. Belə ki, peyvənddən sonra dünyasını dəyişənlər qan laxtalanmasından vəfat ediblər. Hazırda Norveç, İtaliya, Avstriya, Danimarka, Estoniya, Latviya, Litva, Lüksemburq və İslandiyada həmin vaksinin istifadəsi tamamilə və ya müəyyən yerlərdə qadağan edilib.

Qeyd edək ki, "AstraZeneca” şirkəti  İngiltərədə və Avropa Şurası ölkələrində peyvənd edilmiş 17 milyon insanı narahat edən laxtalanma problemi ilə vaksin arasında hər hansı əlaqənin olmadığını vurğulayıb. 

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR