ABŞ-da silahlı atışma: 2 ölü, 15 yaralı

Dünya
23:59 / 14.03.2021
6657
ABŞ-ın Çikaqo şəhərinin Park Manor məhəlləsində baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 15-i isə yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Çikaqo polis departamentinin məlumatında deyilir.
Bildirilib ki, bir qrup arasında yaşanan mübahisə sonradan qanlı atışma ilə nəticələnib.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı istintaq başladılıb.