İspaniyada narkotik daşımaq üçün hazırlanmış sualtı qayıq ələ keçirildi

Dünya
20:41 / 14.03.2021
4084
İspaniyada narkotik vasitələrin daşınması üçün əldəqayırma sualtı qayıq aşkarlanıb.
Sfera.az İspaniya polisinə istinadən xəbər verir ki, hadisə Malaqa şəhərində qeydə alınıb. Anqarda aşkarlanan sualtı qayıq eyni vaxtda 5 Avropa ölkəsinin və "Evropol"un birgə əməliyyatı nəticəsində ələ keçirilib.
Əməliyyat zamanı 52 nəfər saxlanılıb, 22 ton narkotik vasitə götürülüb.