\"Heç bir ana istəməz ki, oğlu onun çiynində getsin\" - VİDEO
12:55 / 24.05.2016
16007
Bəstəkar Nailə Mirməmmədli 16 yaşında itirdiyi oğlunu göz yaşları içində yad edib.
BiG.AZ xəbər verir ki, "ATV maqazin onlarla" verilişində qonaq olan bəstəkar üstündən illər keçsə də, oğlunun və həyat yoldaşının yoxluğuna hələ də alışa bilmədiyini deyib:
"Oğlum ölən günü tələbə hazırlaşdırırdım. Bir də gördüm ki, həyat yoldaşım - Hikmət evdə sağa-sola gedir. Sən demə oğlumun dostları zəng edib bu xəbəri verib. Məndən gizlədirdi. 15-20 dəqiqədən sonra mənə zəng vurdu ki, uşaq dənizdə bir az su udub. Təqribi başa düşdüm ki, dənizdə nə baş verib. Amma ölümü ağlıma gətirmirdim. Getdim gördüm ki, xəstəxananın həyətində Hikmət diziüstə oturub...Sonradan bizə danışdılar məsələni. Uşaqlar sən demə zarafat ediblər, dənizlə də zarafat olmaz. Baxmayaraq ki, oğlum cüssəli idi, hansısa uşaq boynunun üstündən suya tullanıb. Çox yaradıcı bir övlad idi. Deyirdilər gözü-qaşı da mənə oxşayır. Qarabuğdayı idi...Heç bir ana istəməz ki, övlad onun çiynində getsin. Əksinə olmalıdır. Amma bu həyatdı, hər şeyi keçməyə məcburuq. Həyatda nələrəsə dözməliyik. Çox istərdim ki, hər bir qadın analığın dadını bilsin. Ana olmaq böyük xoşbəxtlikdir".