DİN-dən cəbhəçi gəncin saxlanılması ilə bağlı AÇIQLAMA

DİN-dən cəbhəçi gəncin saxlanılması ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi Orduya dəstək yürüşündə iştirak edən AXCP üzvü Laçın Vəliyevin əsassız yerə saxlanılması barədə sosial şəbəkədə yayılan iddialara münasibət bildirib.

DİN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, heç kim əsassız olaraq saxlanılmır: "Saxlanılan şəxslər konkret törətdikləri əmələ görə saxlanılırlar.

O ki qaldı vətəndaş Laçın Vəliyevə, bildiririk ki, dörd vətəndaş polisə müraciət edərək Bakı şəhərinin Yeni Ramana qəsəbəsində ev və torpaq alqı-satqı fəaliyyəti ilə məşğul olan Laçın Vəliyev ad-soyadlı şəxsin onların ümumilikdə 32 min 600 manat olmaqla ayrı-ayrılıqda 7 min, 11 min, 10 min və 4 min 600 manat pullarını ev və torpaq sahəsi satacağı adı ilə mənimsəyərək dələduzluq etməsini bildiriblər.

İlkin araşdırmalarla L.Vəliyevin həmin vətəndaşlara qarşı dələduzluq əməli törətməsi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla təkrar törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Martın 11-də Laçın Vəliyev saxlanılaraq istintaqa cəlb edilib. Lakin vətəndaşlardan mənimsədiyi vəsaiti tezliklə qaytaracağı vədini nəzərə alan müstəntiq L.Vəliyevin polisin nəzarətinə verilməklə martın 13-də, qanunla müəyyən edilmiş 48 saat ərzində sərbəst buraxılması barədə qərar qəbul edib”.

OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...