Ərdoğan Türkiyənin əsas hədəflərini açıqladı: "Yeni iqtisadi islahatlar..."

Ərdoğan Türkiyənin əsas hədəflərini açıqladı:
Türkiyənin yeni islahatlar paketi şəffaflıq və maliyyə intizamı kimi iki vacib sütundan ibarət olacaq.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni iqtisadi islahatlar paketinin təqdimat mərasimində deyib.

O bildirib ki, islahatların sütununu makroiqtisadi və struktur islahatları təşkil edəcək:

"2009-cu il qlobal böhranı kimi 2013-cü ildən sonra meydana gələn bir çox siyasi və iqtisadi sarsıntıların öhdəsindən uğurla gəldik və ölkəmizi 2023-cü il hədəfləri istiqamətində gücləndirməyə davam etdirdik. Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatına malik ölkələrindən birinə çevirmək üçün gecə-gündüz çalışırıq. İşimizin əsas mahiyyəti ölkə iqtisadiyyatını sərmayə qoyuluşunu, ixracımızı artırmaqdır".

Ərdoğan ölkəsinin demokratik və iqtisadi inkişafın təməl şərtlərindən biri olan siyasi sabitliyə sahib olduğunu vurğulayıb, həmçinin Türkiyənin regional və qlobal böhrana baxmayaraq, gücünü qoruduğunu söyləyib:

"Bütün dünya ilə bərabər, ölkəmizi də öz təsiri altına alan pandemiya həm 18 il ərzində ölkəmizdə qurduğumuz güclü təməllər, həm də yeni idarəetmə sistemi üçün bir sınaq oldu. Türkiyə bütün fərqli ssenarilərə hazır olduğunu göstərdi. Pandemiyaya baxmayaraq, 2020-ci ildə ölkə iqtisadiyyatında 1,8 faiz artım oldu. G20 ölkələri arasında Çindən sonra iqtisadiyyatını böyütməyi bacaran ikinci ölkə olduq”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...