Türkiyədə koronavirusa yoluxma sayı kəskin artır

Dünya
23:49 / 12.03.2021
3137
Türkiyədə son sutka ərzində 66 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 14 941 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 850 930, pandemiya qurbanlarının sayı isə 29 356 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 670 273 pasiyent (son sutkada 11 180 nəfər) sağalaraq evə buraxılıb.