Jurnalistlərin ən çox öldürüldüyü və həbs olunduğu ölkələr - SİYAHI

17:28 / 12.03.2021
1311
2020-ci il dünya
üzrə 65 jurnalist öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq
Jurnalistlər Federasiyası (BJF) məlumat yayıb. Məlumata əsasən, ölüm sayı
2019-cu ilə görə 17 nəfər olmaqla
daha çox qeydə alınıb.
Jurnalistlərin ən çox öldürüldüyü ölkələr sırasında
ilk yerdə Meksika qərarlaşıb. Belə ki, ötən il ərzində bu ölkədə 14 jurnalist öldürülüb.
Sonrakı yerlərdə isə 10 jurnalistin öldürülməsi ilə Əfqanıstan, 9 jurnalistin öldürülməsi
ilə Pakistan dayanıb.
Federasiyanın 1990-cı ildən bu yana apardığı araşdırmalara
əsasən indiyədək 16 fərqli ölkədə 2 min 680 jurnalist öldürülüb.
Sfera.az
Əzizə Zeynal