Bakıda marketdən seyf oğurlayan şəxs görün kim imiş - VİDEO

Bakıda marketdən seyf oğurlayan şəxs görün kim imiş - VİDEO
Bakının Binə qəsəbəsində marketdən seyf oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9 000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb. D.Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...