Türkiyə də Rusiya peyvəndini ala bilər

Dünya
16:52 / 12.03.2021
1247
"Türkiyə Səhiyyə Nazirliyi Rusiya tərəfi ilə koronavirusa qarşı peyvənd barədə danışıqları davam etdirir”.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Rusiya ilə peyvənd barədə bir razılaşma var və Səhiyyə Nazirliyimiz hazırda danışıqlar aparır. 50 milyon dozanın çatdırılması barədə Çinlə danışıqlar aparırıq. Almaniya ilə də danışıqları davam etdiririk”,- deyə Ərdoğan qeyd edib.
Daha əvvəl Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "RİA Novosti”yə açıqlamasında Türkiyənin "Sputnik V” vaksininin idxalı ilə yanaşı həm də yerli istehsalını planlaşdırdığını açıqlamışdı.
Qeyd edək ki, Rusiya istehsalı "Sputnik V” peyvəndi 40-dan çox ölkədə təsdiq olunub.