Qanuni oğru “Yaponçik”in qətl sxemi – “Həmişə gəldiyi restoranda...”

Qanuni oğru “Yaponçik”in qətl sxemi – “Həmişə gəldiyi restoranda...”
Rusiya Baş Prokurorluğu cinayət dairələrində "Yaponçik” ləqəbi ilə tanınan qanuni oğru Vyaçeslav İvankovun 2009-cu ildə  törədilən qətlə yetirilməsi ilə bağlı məhkəməyə iddianamə göndərib.
 
Sfera.az xəbər verr ki, bu barədə  martın 12-də şöbənin Telegram kanalında məlumat verilib.

İttiham aktında kriminal avtoritetə qarşı sui-qəsd hazırlığının təfərrüatları təsvir edilir. Qətli təşkil etməkdə qanuni oğru İlya Simoniya (Maho) təqsirli bilinir. Qeyd edilir ki, o, bu  cinayəti cinayətkar aləmdə təsir sahələrinin yenidən bölüşdürülməsi məqsədilə törədib.

Simoniya məqsədinə çatmaq üçün bir qrup insanla əlbir olub. Həmin şəxslər bir neçə ay ərzində İvankovun gizli müşahidəsini həyata keçirərək, onun vərdişlərini, əlaqələrini, və hərəkət marşrutlarını müəyyən ediblər. Cinayət ortaqları İvankovun tez-tez "Tayskiy salon” restoranını ziyarət etdiyini öyrənərək atışma üçün həmin restoranın yaxınlığındakı uyğun məkanlardan birini seçiblər.
 
2009-cu ilin 28 iyulunda Kaxa Qazzayev, Murtazi Şadaniya, Nugzar Papava və Cambul Canaşiya restoranın qarşısına gələrək qanuni oğrunu izləməyə başlayıblar. İvankov binadan çıxarkən ona  bir "Qazel” yaxınlaşıb və maşında olan Astamur Butba "Yaponçik”ə bir neçə dəfə atəş açıb. Yaponçik oktyabr ayının əvvəlində aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
 
Qazzayev, Şadaniya və Canaşiya Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "j" və "z" maddələri ("Qətl"), həmçinin 222-ci maddəsinin 3-cü hissəsi ("Silah və sursatların qanunsuz dövriyyəsi") ilə ittiham olunur. Hər üçü qabaqlayıcı tədbir olaraq nəzarətə alınıb. İstintaqdan qaçan  Simoniya, Papava və Butba isə beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, 2021-ci ilin 19 yanvarında  xəbər verilmişdi ki,  müstəntiqlər Moskva Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birlikdə 2009-cu ildə qanuni oğru Yaponçikə atəş açan qatillərin şəxsiyyətini müəyyən edib.
 
Mənbə: Lenta.ru
Tərcümə: Selcan
 

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...