Türkiyədə 15 İŞİD terrorçusu saxlanıldı

Dünya
11:19 / 12.03.2021
1152
Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində keçirilib. Şəhərin 10 ilçəsində 19 müxtəlif ünvana eyni vaxtda basqın edilib.
Nəticədə axtarışda olan 19 nəfərdən 15-i saxlanılıb. Onların hamısı İŞİD üzvləridir. Hazırda araşdırmalar davam etdirilir.